Donald Tramp və Qətər əmiri telefon danışığı zamanı ABŞ və İran arasında atəşkəs razılaşması ilə bağlı məsələləri müzakirə ediblər
Donald Tramp və Qətər əmiri telefon danışığı zamanı ABŞ və İran arasında atəşkəs razılaşması ilə bağlı məsələləri müzakirə ediblər

Qətər əmiri Tamim bin Hamad Al Thani ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Bu barədə “Reuters” agentliyi Qətərin dövlət xəbər agentliyinə istinadən məlumat yayır.

Medianın məlumatına görə, telefon danışığı zamanı Qətər əmiri və ABŞ prezidenti Vaşinqton və Tehran arasında atəşkəs razılaşması ilə bağlı hadisələri müzakirə ediblər.

Qətər mediasının yazdığına görə, Qətər Pakistanın rəhbərliyi ilə həyata keçirilən vasitəçilik səylərini dəstəkləmək üçün tərəfdaşları ilə koordinasiyanı davam etdirəcək.