Donald Tramp və Pit Heqset İranı qızlar məktəbinin bombalanmasında günahlandırırlar
Donald Tramp və Pit Heqset İranda qızlar məktəbinin bombalanmasında İranı günahlandırıblar. Bu barədə “The Hill” qəzeti yazır.
“Gördüyüm şeyə əsaslanaraq, bunu İran edib. Biz düşünürük ki, məktəbi İran bombalayıb. Bildiyiniz kimi, zərbə çox qeyri-dəqiq idi. Onların dəqiqliyi yoxdur. Bunu İran edib”, – deyə ABŞ Prezidenti Air Force One təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbət edərkən bildirib.
Bununla yanaşı, ABŞ müdafiə naziri Pit Heqset bu barədə istintaqın aparıldığını bildirib.
“Mülki əhaliyə hücum edən yeganə tərəf İrandır”, – Heqset bildirib.
Bundan əvvəl jurnalistlər Ağ Evin sözçüsü Kerolain Levitdən hadisə ilə bağlı, xüsusən də ABŞ-ın məktəbə zərbə endirib-endirməməsi ilə bağlı suallar veriblər və Levitt cavabında bilmədiyini deyib.
Məlumat üçün bildirək ki, İranın Minab şəhərində qızlar məktəbinin bombalanması nəticəsində 165-dən çox insan həlak olub. Həlak olanların əksəriyyəti uşaqlar idi.