Donald Tramp və Narendra Modi arasında telefon danışığı baş tutdu
Donald Tramp və Narendra Modi arasında telefon danışığı baş tutdu

ABŞ prezidenti və Hindistanın Baş naziri arasında danışığı baş tutub. Bu barədə Donald Tramp “Truth social”da yazıb. Onun dediyinə görə, bu səhər Narendra Modi ilə telefon danışığı aparmaq onun üçün şərəf olub, Modi onun yaxın dostu, həmçinin güclü və hörmətli liderdir.

Tramp qeyd edir ki, onlar ABŞ-ın Hindistana tətbiq etdiyi rüsumların 25%-dən 18%-ə qədər endirilməsini nəzərdə tutan ticarət müqaviləsi barədə razılığa gəliblər.

“Biz ticarət, Rusiya və Ukrayna arasındakı müharibəyi bitirmək də daxil olmaqla bir çox məsələ haqqında danışdıq. O, Rusiya neftini almağı dayandırmağa və ABŞ-dan, potensial olaraq Venesueladan daha çox neft almağa razı oldu. Bu, hər həftə minlərlə insanın həlak olduğu Ukraynada davam edən müharibəyə son qoymağa kömək edəcək. Baş nazir Modiyə dostluq və hörmət əlaməti olaraq və onun dərhal qüvvəyə minən xahişinə uyğun olaraq, biz ABŞ ilə Hindistan arasında ticarət müqaviləsi bağlamağa razılaşdıq ki, bu müqaviləyə əsasən ABŞ ikitərəfli rüsumu azaldaraq onu 25%-dən 18%-ə qədər endirəcək.Onlar da öz növbəsində ABŞ-a qarşı mövcud rüsumları və qeyri-rüsum maneələrini sıfıra endirmək üçün addımlar atacaqlar”, – deyə Tramp qeyd edib.

ABŞ lideri həmçinin bildirib ki, Hindistan Baş naziri Amerika enerjisi, texnologiyası, kənd təsərrüfatı, kömür və bir çox digər məhsulların alınması üçün 500 milyard dollardan çox vəsait ayırıb.

“Hindistanla olan möhtəşəm münasibətlərimiz gələcəkdə daha da güclənəcək. Baş nazir Modi və mən işi görən iki insanıq, bunu isə çoxları haqqında demək mümkün deyil”, – deyə Tramp yazır.