Donald Tramp və Kim Çen İnin görüşünün mayın sonunda və ya iyunun əvvəlində baş tutması mümkündür
Donald Tramp və Kim Çen İnin görüşünün mayın sonunda və ya iyunun əvvəlində baş tutması mümkündür

Donald Tramp və Kim Çen İnin görüşünün mayın sonunda və ya iyunun əvvəlində baş tutması mümkündür. Bu bərədə Amerika Birləşmiş Ştatların Prezidenti Nazirlər Kabineti ilə görüşü zamanı bəyan etdi.

Tramp ümidvar olduğunu bildirdi ki, sammit zamanı Koreya yarımadasının nüvə tərksilahına nail olunacaq.

Xatırladaq ki, martda Donald Tramp Kim Çen İn ilə görüşə razılaşdı. Məlumat yayılırdı ki, görüş 2018-ci ilin sonuna qədər baş tutacaq.