Donald Tramp Vaşinqtonda yaralanmış Milli Qvardiyanın əsgərlərindən birinin həlak olduğunu bildirir
Vaşinqtonda yaralanmış Milli Qvardiyanın əsgərlərindən biri həlak olub, – bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
ABŞ prezidentinin dediyinə görə, Milli Qvardiyanın əsgəri, 20 yaşlı Sara Bekstrom bu gün xəstəxanada həlak olub, 24 yaşlı Endryu Vulf isə kritik vəziyyətdədir. Bununla yanaşı, Tramp əlavə edib ki, hücumda şübhəli bilinən 29 yaşlı Əfqanıstan vətəndaşı Rəhmanullah Lakanvalın vəziyyəti ağırdır.
Məlumat üçün bildirək ki, Ağ Evin yaxınlığında Milli Qvardiyanın iki əsgəri açılan atəş nəticəsində yaralanıb. Hücumun motivi hələlik məlum deyil. ABŞ prezidenti Donald Tramp atışma zamanı Floridada olub.