Donald Tramp - Ukraynanın əraziləri ilə bağlı qərar Ukraynanın iştirakı olmadan qəbul edilməyəcək
Donald Tramp - Ukraynanın əraziləri ilə bağlı qərar Ukraynanın iştirakı olmadan qəbul edilməyəcək

Ukraynanın əraziləri ilə bağlı qərar Ukraynanın iştirakı olmadan qəbul edilməyəcək, – bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Jurnalist Trampdan Putinlə görüşü zamanı söhbətin ərazilərlə bağlı olub-olmayacağını soruşub.

“Müzakirə olunacaq, lakin qərarı Ukrayna verəcək və düşünürəm ki, onlar düzgün qərar verəcəklər. Mən burada Ukraynanın adından danışmaq üçün deyiləm. Mən buradayam ki, onları danışıqlar masasına gətirim. Qulaq asın, Vladimir Putin bütün Ukraynanı ələ keçirmək istəyirdi. Əgər mən prezident olmasaydım, indi bütün Ukraynanı işğal edəcəkdi, amma bunu etməyəcək”, – Tramp deyib.