Donald Tramp – Ukrayna və Rusiya məsələsi ilə bağlı yaxşı görüşlərimiz oldu, razılaşma üçün çox yaxşı şans var

21:02, 21.04.2025

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Rusiya ilə Ukrayna arasında bir növ “sülh müqaviləsi”nin bağlanması üçün “çox yaxşı” şans var. Bu barədə Donald Tramp Ağ Evdə Pasxa tədbiri zamanı jurnalistlərə bildirib.

“Sülh müqaviləsi”nin mümkün təffərüatları barədə ünvanlanmış suala cavab olaraq ABŞ prezidenti yaxın üç gün ərzində sazişin təfərrüatlarını tam şəkildə açıqlayacağına söz verib.

“Ukrayna və Rusiya məsələsi ilə bağlı çox yaxşı görüşlərimiz oldu. Çox yaxşı şans mövcuddur”, – Donald Tramp qeyd edib.

Oxşar