Donald Tramp - Ukrayna prezidentinin müharibədə kartları yoxdur, əgər Donald Tramp olmasaydı, bu, fəlakət olardı
Donald Tramp - Ukrayna prezidentinin müharibədə kartları yoxdur, əgər Donald Tramp olmasaydı, bu, fəlakət olardı

Ukrayna prezidentinin bu müharibədə kartı yoxdur, onun yalnız bir nəfəri var, o da Donald Tramp, – bu barədə ABŞ prezidenti “New York Times” qəzetinə verdiyi müsahibədə bildirib.

Jurnalist ABŞ prezidentinə Ukraynanın kartları olmadığı sözlərini xatırladıb və Trampdan da eyni şeyi düşünüb-düşünmədiyini soruşub. Tramp cavab olaraq qeyd edib ki, Zelenski Tramp olmadan bu müharibənin fəlakət olacağını bilir.

“Əgər onun Donald Trampı olmasaydı, bu müharibə fəlakət olardı. O və Avropa liderləri bunu bilirlər. Biz əlimizdən gələn hər şeyi edirik. Mənim müəyyən bir vaxtım yoxdur, istəyirəm ki, bu müharibə bitsin”, – deyə Tramp qeyd edib.

Donald Trampa həmçinin Ukraynada müharibənin bitməsi ilə bağlı 20 maddəlik plan barədə sual verilib. Daha konkret desək, Putinin bu planı pozduğu təqdirdə, ABŞ-ın atacağı addımlar nə olardı. Tramp suala konkret cavab verməsə də, Rusiyanın yenidən Ukraynaya hücum edəcəyini düşünmədiyini deyib.

“Əgər mən bu işdə iştirak etməsəydim, bu razılaşmanın şansı olmazdı, həmçinin Rusiya bütün Ukraynanı almış olardı, bu da onların ilkin istəyi idi”, – deyə Tramp bildirib.