Donald Tramp – Ukrayna ilə Rusiya arasında münasibətlər yaxşı inkişaf edə bilər, bu barədə tezliklə öyrənəcəksiniz, ya hərəkətə keçməli, ya da susmalı olduğunuz an gəldi
ABŞ prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymağa yönəlmiş danışıqların yaxşı getdiyini bildirib və qeyd edib ki, “ya hərəkətə keçməli, ya da susmalı olduğunuz an gəldi”.
“Düşünürəm ki, Ukrayna ilə Rusiya arasında münasibətlər çox yaxşı inkişaf edə bilər və siz bu barədə çox yaxında öyrənəcəksiniz. Ya hərəkətə keçməli, ya da susmalı olduğunuz an gəldi. Nə olacağını görəcəyik. Hərçənd düşünürəm ki, hər şey yaxşı gedir”, – Donald Tramp jurnalistlərə müsahibəsində bildirib.
Bunula yanaşı, ABŞ prezidentinin dediyinə görə, İranla nüvə proqramı üzrə danışıqlar “normal” şəkildə gedir.
“Düşünürəm ki, İranla bağlı vəziyyət normal gedir. Mən daha çox şey deyə bilmərəm, çünki sona çatana qədər heç bir şeyin əhəmiyyəti yoxdur, buna görə də bu barədə danışmaq istəmirəm. Amma hər şey yaxşı gedir. İranla bağlı vəziyyət çox yaxşı gedir”, – Tramp jurnalistlərə müsahibəsində bildirib.