Donald Tramp - Uğursuz “New York Times”, saxta “CNN” və başqaları nə edəcəklərini bilmirlər, İran məsələsi ilə bağlı məni tənqid etmək üçün səbəb axtarmağa çalışırlar, lakin heç nə tapa bilmirlər
ABŞ Prezidenti Donald Tramp “New York Times”, “CNN” və digər media qurumlarına qarşı narazılığını bildirir.
Bu barədə Donald Tramp sosial şəbəkədə yazır.
“Uğursuz “New York Times”, saxta “CNN” və başqaları nə edəcəklərini bilmirlər.Onlar Prezident Trampı İran məsələsi ilə bağlı tənqid etmək üçün səbəb axtarmağa çalışırlar, lakin heç bir şey tapa bilmirlər. Sadəcə niyə demirlər ki, iş vaxtında yaxşı yerinə yetirildi, cənab Prezident, və etibarın bərpasına başlamırlar?”, – Tramp yazır.