Donald Tramp - Təəssüf ki, Avropa çox fərqli bir yerə çevrilir və islahata ehtiyac var, mən bunu istəyirəm
Donald Tramp - Təəssüf ki, Avropa çox fərqli bir yerə çevrilir və islahata ehtiyac var, mən bunu istəyirəm

Təəssüf ki, Avropa çox fərqli bir yerə çevrilir və islahata ehtiyac var, – bu barədə ABŞ Prezidenti Donald Tramp “The New York Times”a verdiyi müsahibədə bildirib.

Seçim qarşısında qalsaydı, Qrenlandiyanı, yoxsa NATO-nu seçərdi sualına, ABŞ prezidenti belə cavab verib:

“Bunu demək istəmirəm, amma seçim ola bilər. Rusiya bizdən başqa NATO-dan heç qorxmur. Çin bizdən başqa NATO-dan heç qorxmur, çünki təəssüf ki, Avropa çox fərqli bir yerə çevrilir və islahata ehtiyac var. Mən bunu istəyirəm. Düşünürəm ki, biz həmişə Avropanın tərəfdarı olmuşuq, amma onların islahat aparmalarını istəyirəm. Onları ÜDM-nin daha çox hissəsini NATO-ya xərcləməyə məcbur edən mənəm, amma Rusiyaya baxsanız, sizə deyə bilərəm ki, onlar bizdən başqa heç bir ölkədən qorxmurlar”, – deyə Tramp qeyd edib.