Donald Tramp - Suriyə məsələsi ilə bağlı qərarı yaxın günlərdə verəcəyik
Donald Tramp - Suriyə məsələsi ilə bağlı qərarı yaxın günlərdə verəcəyik

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Suriyə məsələsi ilə bağlı qərarı yaxın gələcəkdə verməyi planlaşdırır.

Jurnalistlərlə görüş zamanı Donald Tramp bəyan etdi ki, bir çox görüş planlaşdırılıb və Suriyədəki kimyəvi silah hücumuna mütləq gərəkən cavab veriləcək.

“Mövcud olan vəziyyətə çox ciddi baxırıq. Biz “İslam Dövlətini” tamamən yox etdik, ancaq yenə veriləcək çox qərarlarımız var” – dedi Donald Tramp.

Xatırladaq ki, ABŞ prezidenti dünən öz Tvitter hesabında yazmışdı ki, Rusiya, ABŞ tərəfindən Suriyəyə edilən raket zərbələri üçün hazır olsun.