Donald Tramp - Sudandakı müharibəyi bitirmək üçün çox çalışıram, əgər əvvəlcə Rusiya və Ukrayna müharibəsini bitirməsək, bu, bitirəcəyimiz doqquzuncu müharibə olacaq
ABŞ Prezidenti Donald Trampın bildirdiyinə görə, o Sudandakı müharibəyi bitirmək üçün çalışır.
Tramp Milli Dua Səhər Yeməyi mərasimindəki çıxışı zamanı qeyd edib ki, əgər əvvəlcə Rusiya və Ukrayna müharibəsini bitirməsə, bu, onun bitirəcəyi doqquzuncu müharibə olacaq.
“Sudandakı müharibəyi bitirmək üçün çox çalışıram. Əgər əvvəlcə Rusiya və Ukrayna müharibəsini bitirməsək, bu, bitirəcəyimiz doqquzuncu müharibə olacaq. Biz bu məsələ üzərində işləyirik və demək olar ki, bitirdik”, – deyə Tramp bildirib.
Tramp həmçinin bildirib ki, ABŞ tarixində heç bir hökumət onun administrasiyası qədər dünyada xristianların təqibinə qarşı çox iş görməyib. Buna nümunə olaraq, Tramp Milad günündə Nigeriyada islamçı terrorçulara qarşı zərbələri misal gətirib.
“Bu, bizim missiyamızdır. Milad günündə Nigeriya hökuməti ilə koordinasiyalı şəkildə həmin ölkədə minlərlə xristianı öldürən İslam Dövləti terrorçularını məhv etmək üçün güclü zərbələr endirməyi əmr etdim. Biz onlara o qədər güclü zərbə endirdik ki, onlar hələ də nə baş verdiyini anlamış deyillər. Mənim göstərişimlə bu hadisə Milad günündə baş verdi ki, onlar hər şeyi yaxşı başa düşsünlər”, – deyə Tramp qeyd edib.