Donald Tramp – Stiv Uitkof əvvəlcə İsrailə gedir, sonra isə, inansanız da, inanmasanız da, Rusiyaya
Donald Tramp – Stiv Uitkof əvvəlcə İsrailə gedir, sonra isə, inansanız da, inanmasanız da, Rusiyaya

ABŞ prezidenti Donald Tramp bildirir ki, onun xüsusi nümayəndəsi Stiv Uitkof İsrail və Qəzza zolağına səfər etdikdən sonra Rusiyaya səfər edəcək.

“əvvəlcə İsrailə gedir, sonra isə, inansanız da, inanmasanız da, Rusiyaya”, – ABŞ prezidenti Vaşinqtonda jurnalistlərə müsahibəsində bildirib.

Donald Tramp Stiv Uitkofun Rusiyaya hansı tarixdə səfər edəcəyini və kiminlə görüşəcəyini dəqiqləşdirməyib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Ağ Ev Stiv Uitkofun avqustun 1-də Qəzza zolağına səfər edəcəyini təsdiqləmişdi.