Donald Tramp Şotlandiyaya gəlib və burada Tarnberidə ikinci qolf kurortunu açır
ABŞ prezidenti Donald Tramp Şotlandiyaya gəlib və burada Tarnberidə ikinci qolf kurortunu açır.
Donald Trampın dediyinə görə, vaxtilə kurortun tikintisi üçün icazələrin alınmasında Şotlandiyalı aktyor Şon Konnerinin böyük rolu olub. Kurort ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, qarşıdakı dörd gün ərzində təhlükəsizliyi təmin etmək üçün 6000-ə qədər polis səfərbər edilib.
Şotlandiyaya səfəri zamanı Donald Tramp iyulun 28-də Birləşmiş Krallığın baş naziri Kir Starmer, 27-də isə Avropa Komissiyasının sədri Ursula fon der Layen ilə görüşəcək.
Şotlandiyaya gələn Trampa jurnalistlərin qeyri-qanuni miqrasiyaya qarşı mübarizə ilə bağlı ünvanlanmış sualına prezident belə cavab verib: “Birgə hərəkət etsəniz yaxşı olar, əks halda Avropanız artıq olmayacaq” və o, həmçinin qeyd edib ki, külək turbinləri “ölkəni məhv edir. “Külək turbinlərini dayandırın, ölkənizi, gözəl dağlarınızı və dərələrinizi məhv edir, quşları öldürür”, – Tramp bildirib.
Qeyd etmək lazımdır ki, 2019-cu ildə “Trump International”, qolf kurortlarından birinin yerləşdiyi Aberdin yaxınlığında Şimal dənizində böyük külək turbinlərinin tikintisini dayandırmaq üçün uzun sürən məhkəmə davasında məğğlub oldu. Tramp 11 külək turbininin yer aldığı layihənin onun kurortunun mənzərəsini pozacağını iddia edirdi.