Donald Tramp sosial şəbəkədə İranın Kərəc şəhərində körpüyə edilən hücumu əks etdirən video paylaşıb
Donald Tramp sosial şəbəkədə İranın Kərəc şəhərində körpüyə edilən hücumu əks etdirən video paylaşıb

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə İranın Kərəc şəhərində körpüyə edilən hücumu əks etdirən video paylaşıb.

Videoda hücuma məruz qalan körpünün dağıldığı görünür.

Tramp bildirir ki, ABŞ İranın ən böyük körpüsünü dağıdıb və Tehranın hələ vaxtı varkən razılığa gəlməli olduğunu söyləyir.

“İranın ən böyük körpüsü dağılır və bir daha istifadə olunmayacaq – qarşıda hələ çox şey gözləyir bizi! İranın çox gec olmamışdan əvvəl razılaşma əldə etməlidir, yoxsa böyük ölkə ola biləcək heç nə qalmaz!”, – deyə Tramp sosial şəbəkədə yazıb.

İran mediası da körpüyə edilən hücumla bağlı məlumat yayır. Onların sözlərinə görə, hücumlarda ən azı iki nəfər həlak olub.

ABŞ Müdafiə Deprtamenti körpüyə edilən hücumla bağlı hələlik şərh verməyib.