Donald Tramp - Sentyabrın 25-də Türkiyə prezidentini Ağ Evdə qəbul etməkdən məmnunam və onunla görüşü səbirsizliklə gözləyirəm
ABŞ prezidenti Türkiyə liderini sentyabrın 25-də Ağ Evdə qəbul edəcək. Bu barədə Donald Tramp sosial şəbəkədə yazır.
“Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Ağ Evdə qəbul etməkdən məmnunam. Biz prezidentlə çoxsaylı ticarət və hərbi sazişlər üzərində işləyirik, o cümlədən “Boeing” təyyarələrinin genişmiqyaslı satın alınması, F-16-lar üzrə iri müqavilə və F-35-lə bağlı danışıqların davam etdirilməsi, hansı ki, ümid edirik müsbət nəticələnəcək. Prezident Ərdoğanla mənim hər zaman yaxşı münasibətimiz olub. Onunla görüşü səbirsizliklə gözləyirəm”, – deyə Tramp yazır.