Donald Tramp - Səkkiz müharibəni bitirdik, dayandırmalı olduğumuz daha bir müharibə var, Rusiya və Ukrayna müharibəsi, mən ayda 25 min insanın həlak olmasını dayandırmaq istəyirəm
ABŞ prezidenti Donald Tramp bildirib ki, vəziyyətin mürəkkəbliyinə baxmayaraq, “sülh sazişi” ehtimal ki, işləyəcək.
“Biz çox şey edirik. Biz səkkiz müharibəni bitirdik. Heç kim səkkiz müharibəni dayandırmayıb. Dayandırmalı olduğumuz daha bir müharibə var, onun ən asan olacağını düşünürdüm – Rusiya və Ukrayna. Lakin böyük irəliləyiş müşahidə olunur”, – Tramp Ağ Evdə keçirilən tədbir zamanı bildirib.
Jurnalistin sülh sazişinin konkret təfərrüatları, xüsusilə bufer zonanın yaradılması və ərazi məsələsi ilə bağlı sualına ABŞ prezidenti indiki mərhələdə şərh verməyəcəyini bildirib.
“Bu, çox çətin vəziyyətdir, lakin işləyəcək və bir çox insan bunun işləməsini istəyir. Biz bunu edəcəyik. Mənim etmək istədiyim tək şey ayda 25,000 insanın həlak olmasını dayandırmaqdır”, – Tramp bildirib.