Donald Tramp seçkilərdə qələbə halında, Rusiya və Çinlə yaxşı münasibətlər qura biləcəyini hesab edir

14:21, 17.09.2024

 
Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə qələbə halında, Rusiya və Çinlə yaxşı münasibətlər qura biləcəyini hesab edir.

Bu haqda o, “X” platformasında bloqer və kriptovalyuta fəalı Faruk Sarmadla müsahibəsində deyib.

“Onların düşmən olub-olmadığını bilmirəm. Fikrimcə, Çinlə çox yaxşı olacağıq. Düşünürəm ki, Rusiya ilə yaxşı münasibətimiz olacaq” – Tramp bildirib.

Həmçinin, Donald Tramp Rusiya-Ukrayna müharibəsinin tez bir zamanda bitməsini istədiyini bildirib. O, “Rusiya bu vəziyyəti həll etməlidir” arzusunu da dilə gətirib.

Oxşar