Donald Tramp - Saxta xəbərlər mediası məğlub olan və razılaşma istəyən İrana qarşı ABŞ-ın nə qədər effektiv hərəkət etdiyini işıqlandırmağa nifrət edir, amma mənim razılaşacağım şərtlərlə yox
İran razılaşma istəyir, amma mənim qəbul edəcəyim razılaşma deyil, – bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazır.
Tramp yenidən jurnalistləri tənqid edir və İranın tamamilə məğlub olduğunu qeyd edib.
“Saxta xəbərlər mediası məğlub olan və razılaşma istəyən İrana qarşı ABŞ hərbçilərinin nə qədər effektiv hərəkət etdiyini işıqlandırmağa nifrət edir, amma mənim razılaşacağım şərtlərlə yox”, – Tramp yazır.
O, hansı razılaşmadan və ya İran nümayəndələrinə hansı şərtlərin təklif edilə biləcəyini dəqiqləşdirməyib.