Donald Tramp – Sabahki gecə vacib olacaq, mən hər şeyi olduğu kimi deyəcəyəm

18:49, 03.03.2025

Sabahki gecə vacib olacaq, mən hər şeyi olduğu kimi deyəcəyəm, – ABŞ prezidenti Donald Tramp öz “TruthSocial” səhifəsində yazıb.

Məlum olduğu kimi, sabah ABŞ prezidenti Konqresdə ilk dəfə çıxış edəcək.

“Fox News”un məlumatına görə, Tramp Konqresin birgə iclasında çıxış edəcək və qanunvericilik prioritetlərini açıqlayacaq və administrasiyasının vəzifədə olduğu müddətdə gördüyü işləri vurğulayacaq.

Trampın Konqresə müraciəti Vaşinqton vaxtı ilə axşam saat 21:00-a planlaşdırılıb.

Oxşar