Donald Tramp Rusiyanı müharibəyə son qoymağa çağırıb – əgər razılığa gələ bilməsək, mənim Rusiyanın ABŞ və digər iştirakçı ölkələrə satdığı hər şeyə sanksiya tətbiq etməkdən başqa yolum qalmayacaq
ABŞ prezidenti Donald Tramp Rusiyanı Ukrayna ilə müharibəni dayandırmağa çağırıb, əks halda Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcək.
“Mən Rusiyanı incitmək istəmirəm. Mən rus xalqını sevirəm və prezident Putinlə həmişə yaxşı münasibətim olub. Unutmayaq ki, Rusiya İkinci Dünya Müharibəsində qalib gəlməkdə bizə kömək etdi, bu prosesdə demək olar ki 60 milyon insanın həyatını itirdi. Bütün bunları nəzərə alaraq, iqtisadiyyatı çökən Rusiyaya, prezident Putinə böyük xidmət etmək niyyətindəyəm. İndi bunu həll edin və bu absurd müharibəni bitirin. Bu, daha da pisləşəcək”,- Donald Tramp sosial şəbəkədə yazır.
Donald Trampın qeyd etdiyi kimi, Putin bununla razılaşmasa, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək.
“Əgər biz razılığa gələ bilməsək, Rusiyanın ABŞ və digər iştirakçı ölkələrə satdığı hər şeyə yüksək vergilər, tariflər və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq”, – Tramp əlavə edib.