Donald Tramp – Rusiya və Ukrayna razılaşmaya çox yaxındırlar, indi iki tərəfin çox yüksək səviyyədə görüşü lazımdır

10:17, 26.04.2025

ABŞ prezidenti Donald Trampın dediyinə görə, Rusiya ilə Ukrayna arasında razılaşmanın əksər bəndləri razılaşdırılıb. Amerika liderinin iddiasına görə, iki tərəfin “çox yüksək səviyyədə” görüşü lazımdır.

“Rusiya və Ukrayna ilə danışıqlar və görüşlər üçün əla gündür. Onlar razılığa çox yaxındırlar və indi buna son qoymaq üçün iki tərəfin çox yüksək səviyyədə görüşü lazımdır”, – Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

Trampın dediyinə görə, ABŞ nümayəndələri müharibəni bitirmək üçün “töhvə vermək lazım olan yerdə olacaqlar”.

Məlumat üçün bildirək ki, aprelin 25-də Rusiya prezidenti Vladimir Putinlə Trampın xüsusi nümayəndəsi Stiven Uittkoff arasında ilin əvvəlindən dördüncü görüş baş tutub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, söhbət üç saat ərzində davam edib və “konstruktiv və kifayət qədər faydalı” olub.

Oxşar