Donald Tramp - Rusiya və Ukrayna ilə danışıqlar davam edir, ABŞ 30 günlük atəşkəsə çağırır, əgər atəşkəsə əməl olunmasa, ABŞ və tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcəklər.
Donald Tramp - Rusiya və Ukrayna ilə danışıqlar davam edir, ABŞ 30 günlük atəşkəsə çağırır, əgər atəşkəsə əməl olunmasa, ABŞ və tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcəklər.

Mən avropalılarla birlikdə Rusiya və Ukrayna arasında sülhün təmin olunmasına sadiqəm, – bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazır.

Onun dediyinə görə, Rusiya və Ukrayna ilə danışıqlar davam edir.

“ABŞ, ideal halda, 30 günlük qeyd-şərtsiz atəşkəsə çağırır. Ümid edirik ki, məqbul atəşkəsə əməl olunacaq və hər iki ölkə bu birbaşa danışıqların müqəddəsliyinə hörmət etmək üçün məsuliyyət daşıyacaq. Əgər atəşkəsə əməl olunmasa, ABŞ və onun tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcəklər. Hər həftə minlərlə gənc əsgər həlak olur və hər kəs bunun dayandırılmasını istəməlidir. Mən bunu istəyirəm və ABŞ da bunu istəyir. Prezident olaraq mən avropalılarla birlikdə Rusiya və Ukrayna arasında sülhün təmin edilməsinə sadiqəm. Və bu, davamlı sülh olacaq! Bu atəşkəs sonda sülh sazişinə çevrilməlidir. Bütün bunları çox tez etmək olar və lazım olanda hər dəqiqə hazır olacağam”, – Donald Tramp yazır.