Donald Tramp - Rusiya və Ukrayna arasında mayın 15-də Türkiyədə keçiriləcək görüş yaxşı nəticə verə bilər, mən İstanbula uçmağı düşünürəm
Donald Tramp - Rusiya və Ukrayna arasında mayın 15-də Türkiyədə keçiriləcək görüş yaxşı nəticə verə bilər, mən İstanbula uçmağı düşünürəm

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna nümayəndələri arasında mayın 15-də İstanbulda mümkün görüşü “çox vacib” adlandırıb.

O, bu barədə səhiyyə katibi ilə dərmanların qiymətinin aşağı salınması ilə bağlı keçirdiyi mətbuat konfransında danışıb.

“Düşünürəm ki, Rusiya və Ukrayna arasında cümə axşamı Türkiyədə keçiriləcək görüş yaxşı nəticələr verə bilər. İnanıram ki, iki lider orada olacaq. Mən ora uçmağı düşünürəm. Cümə axşamı harda olacağımı bilmirəm. Çoxlu görüşlərim var. Lakin uçmağı düşünürəm. Bir ehtimal var, düşünürəm ki, nəsə ola bilər. Biz bunu etməliyik. Həftədə beş min, əslində daha çox insanın həyatını xilas etməliyik. Döyüş meydanının peyk görüntülərinə baxanda hər yerdə kəsilmiş əzalar və başlar var. Bunun mənası var mı? Bunun heç bir mənası yoxdur. Ona görə də biz bu qan tökülməsinə son verə biləcəyimizi görmək üçün çox çalışırıq.

Donald Trampın yaxın günlərdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə səfəri planlaşdırılıb.