Donald Tramp - Rusiya və Ukrayna arasında genişmiqyaslı əsirlərin mübadiləsi sazişi yenicə başa çatıb
Rusiya və Ukrayna hərbi əsirlərin mübadiləsi ilə bağlı razılığa gəlib. Bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə məlumat yayır.
“Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsinə dair irimiqyaslı saziş yenicə yekunlaşıb. O, tezliklə qüvvəyə minəcək. Bu razılaşmanın əldə olunması münasibətilə hər iki tərəfi təbrik edirəm. Bu, böyük bir işin başlanğıcı ola bilər”, – Tramp yazır.
Bundan əvvəl Ukraynanın Rusiya tərəfinə “1000-1000” formulu ilə dəyişdirilməsi planlaşdırılan hərbi əsirlərin siyahısını verdiyi barədə məlumat yayıldı.
Rusiya və Ukrayna tərəfləri İstanbulda danışıqlar zamanı müharibənin başlanmasından bəri ən böyük əsir mübadiləsi barədə razılığa gəliblər. Mübadilənin nə vaxt baş tutacağı hələ məlum deyil.