Donald Tramp - Rusiya-Ukrayna ilə bağlı çox yaxşı danışıqlarımız oldu, nəsə baş verə bilər
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı “çox yaxşı danışıqların” aparıldığını bildirib.
“Bu gün Rusiya-Ukrayna ilə bağlı çox, çox yaxşı danışıqlar apardıq. Nəsə baş verə bilər”, – deyə Tramp jurnalistlərə bildirib.
Məlumat üçün bildirək ki, 4-5 fevral tarixlərində Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar keçirilib. Görüşdən sonra məlum olduğu kimi, Ukrayna və Rusiya 314 əsir mübadiləsi barədə razılığa gəliblər.