Donald Tramp - Rusiya iqtisadiyyatı cəhənnəmə doğru gedir, onlar hər şeyi bombalayırlar və az ərazi ələ keçirirlər, əslində isə bəzi əraziləri itirirlər, bu Rusiyanın reputasiyası üçün pisdir
Donald Tramp - Rusiya iqtisadiyyatı cəhənnəmə doğru gedir, onlar hər şeyi bombalayırlar və az ərazi ələ keçirirlər, əslində isə bəzi əraziləri itirirlər, bu Rusiyanın reputasiyası üçün pisdir

Rusiya iqtisadiyyatı cəhənnəmə doğru gedir, onlar hər yeri bombalayırlar və az ərazi ələ keçirirlər, hətta bəzən ümumiyyətlə heç nə ələ keçirmirlər, əslində isə müəyyən əraziləri itirirlər. Düşünürəm ki, bu, Rusiyanın reputasiyası üçün çox pisdir, – bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Jurnalist Trampa sual ünvanlayıb: “Bu həftə Ukrayna ilə bağlı çox maraqlı bir şey dediniz, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bütün əraziləri geri qaytara biləcəyini düşünürdünüz ” və Tramp hələ də belə düşündüyünü cavablandırıb.

“Bəli, onların Rusiyaya görə şansları var. Mən Rusiyanı və Rusiyanın hərəkətlərini izləyirəm. Mən Rusiyanın və prezident Putinin etdiklərindən çox narazıyam. O, xalqı səbəbsiz yerə öldürür. Onların iqtisadiyyatı cəhənnəmə doğru gedir, onlar hər yeri bombalayırlar və az ərazi ələ keçirirlər, hətta bəzən ümumiyyətlə heç nə ələ keçirmirlər, əslində isə müəyyən əraziləri itirirlər. Düşünürəm ki, bu, Rusiyanın reputasiyası üçün çox pisdir. Bu bizim müharibəmiz olsaydı, bir həftəyə bitirərdik”, – Tramp bildirib.