Donald Tramp Romada Volodimir Zelenski ilə görüşəcəyini istisna etmir
Donald Tramp Romada Volodimir Zelenski ilə görüşəcəyini istisna etmir. Bu barədə “Deutsche Welle” məlumat yayır.
Medianın məlumatına görə, Tramp bunun mümkün olduğunu bildirib. İki ölkə lideri sabah Roma Papasının dəfn mərasimində iştirak edəcək. Səfər çərçivəsində Donald Tramp digər dünya liderləri ilə qeyri-rəsmi görüşlər planlaşdırıb.
Məlumat üçün bildirək ki, Donald Tramp və Volodimir Zelenski arasında Ağ Evdə sonuncu görüş fevralın sonunda, Ukrayna prezidentinin minerallar haqqında saziş imzalamaq üçün səfər etdiyi yerdə baş tutub. Lakin liderlər arasında sözlü qarşıdurmadan sonra Volodimir Zelenski Ağ Evi erkən tərk edib.