Donald Tramp Roma Papası XIV Leo-nu Ağ Evə dəvət edib
Donald Tramp Roma Papası XIV Leo-nu Ağ Evə dəvət edib

Donald Tramp Roma Papası XIV Leo-nu Ağ Evə dəvət edib. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə bildirib.

Məlum olduğu kimi, prezidentin dəvət məktubunu Roma Papasının inauqurasiya mərasimində iştirak edən və daha sonra onunla görüşən vitse-prezident Cey Di Vens Papaya çatdırıb.

“Vitse-prezident Papaya prezident və birinci xanımın adından məktub çatdırıb, məktubda onlar papaya səmimi arzularını göndərirlər və mümkün olduğu zaman onu Ağ Evə dəvət edirlər”, – Levitt bildirib.