Donald Tramp - Roma Papası ilə razılaşmamaq hüququm var, Papanın İranın 42 min silahsız insanı qətlə yetirdiyini başa düşməsi vacibdir
Mənim Roma Papası ilə razılaşmamaq hüququm var, – bu barədə Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində bildirib.
“Papanın İranın 42 min silahsız insanı qətlə yetirdiyini başa düşməsi çox vacibdir”, – Tramp qeyd edib.
Onun sözlərinə görə, İran nüvə silahına sahib ola bilməz və Roma Papası bunu başa düşməlidir.
Jurnalistin Papa ilə “münasibətləri düzəltmək üçün” görüşüb-görüşməyəcəyi barədə sualına Tramp belə cavab verib: “Bunun zəruri olduğunu düşünmürəm”.
Bununla yanaşı, ABŞ prezidentindən Papa ilə qarşıdurmasının katolik tərəfdarlarını narahat edib-etmədiyi soruşulub. Tramp cavab olaraq qeyd edib ki, bundan narahat deyil və o, düzgün olanı etməlidir.
“Papaya qarşı heç bir etirazım yoxdur, amma Papa ilə razılaşmaya bilərəm. Mənim razılaşmamaq hüququm var”, – Tramp bildirib.
Trampın qeyd etdiyi kimi, o, Roma Papasının qardaşını şəxsən tanıyır və o, MAGA tərəfdarıdır.