Donald Tramp - Razılaşma əsasən artıq əldə olunub, onun son detalları hazırda müzakirə edilir və tezliklə elan olunacaq, Hörmüz boğazı da açılacaq
Razılaşma əsasən artıq əldə olunub, – bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazır.
Trampın bildirdiyinə görə, razılaşmanın yekun detalları müzakirə olunur və tezliklə elan ediləcək.
Trampın qeyd etdiyi kimi, o, İsrail lideri ilə də ayrıca telefon danışığı aparıb.
“Razılaşma əsasən artıq əldə olunub və onun yekun rəsmiləşdirilməsi Amerika Birləşmiş Ştatları, İran İslam Respublikası və adı çəkilən digər ölkələr arasında baş tutmalıdır. Həmçinin İsrailin Baş naziri “Bibi” Netanyahu ilə ayrıca telefon danışığım oldu və bu da çox yaxşı keçdi. Razılaşmanın yekun aspektləri və detalları hazırda müzakirə olunur və tezliklə elan ediləcək. Razılaşmaya əsasən, bir çox digər məqamlarla yanaşı, Hörmüz boğazı da açılacaq“, – Tramp sosial şəbəkədə yazır.