Donald Tramp - Qrenlandiyanın müdafiəsi əsasən iki xizəkçi itdən ibarətdir
ABŞ Prezidenti Donald Trampın bildirdiyinə görə, Qrenlandiyanın müdafiəsi əsasən iki xizəkçi itdən ibarətdir. Bu barədə Tramp “Air Force One”da jurnalistlərlə söhbəti zamanı bildirib.
Trampın sözlərinə görə, əgər Qrenlandiya ABŞ ilə razılığa gəlməsə, Rusiya və ya Çinin adanı ələ keçirməsi təhlükəsi var.
“Qrenlandiyanın müdafiəsi əsasən iki xizəkçi itdən ibarətdir. Bunu bilirsinizmi? Onların müdafiəsinin nə olduğunu bilirsinizmi? İki “xizəkçi it”. Bu arada, Rusiya qırıcıları və sualtı qayıqları, həmçinin Çin qırıcıları və sualtı qayıqları hər yerdədir”, – deyə Tramp bildirib.