Donald Tramp - Putinlə çox məhsuldar görüşümüz oldu, bir çox məsələ üzrə razılığa gəldik, bəzi böyük məsələlərdə hələ razılıq yoxdur, amma müəyyən irəliləyiş var
Donald Tramp - Putinlə çox məhsuldar görüşümüz oldu, bir çox məsələ üzrə razılığa gəldik, bəzi böyük məsələlərdə hələ razılıq yoxdur, amma müəyyən irəliləyiş var

Çox məhsuldar görüşümüz oldu, deyərdim ki, məsələlərin əksəriyyəti üzrə razılığa gəldik, bəzi böyük məsələlərdə hələ razılıq yoxdur, amma müəyyən irəliləyiş var, – Bu barədə ABŞ prezidenti Donald Tramp Alyaskada Rusiya prezidenti Vladimir Putinlə dar formatda aparılan danışıqlardan sonra birlikdə keçirdikləri brifinqdə bildirib.

Donald Trampın dediyinə görə, Ukrayna məsələsində razılıq əldə olunmayıb və görüşlə bağlı Ukrayna prezidenti Volodimir Zelenskiyə və NATO-ya zəng edəcək.

Donald Trampın qiymətləndirməsinə görə, bugünkü görüşdə böyük irəliləyiş əldə olunub.

“Mənim Vladimir Putinlə həmişə fantastik münasibətim olub. Bizim çox çətin görüşlərimiz olub, yaxşı görüşlərimiz də. Bizə Rusiyanın sui-qəsd uydurmaları mane oldu, bu da prosesi çətinləşdirdi, lakin o, karyerasında hər şeyi gördüyünü başa düşdü. O bilirdi ki, bu saxtakarlıq idi. Nə olursa olsun, bu, cinayət idi və razılaşmanı çətinləşdirdi. Bu bitəndə yaxşı bir şansımız olacaq. Bizim çox məhsuldar görüşümüz oldu və bir çox məsələdə razılığa gəldik. Razılaşmaq üçün çox az şey qalıb, bəlkə də ən mühümü. Buna nail olmaq üçün yaxşı şansımız var, hələ ora çatmamışıq, amma yaxşı imkanlar var. Biz həftədə beş, altı, yeddi min insanın öldürülməsini dayandıracağıq və mənim kimiPrezident Putin də bunu görmək istəyir”, – Donald Tramp bildirib.