Donald Tramp Putinlə görüşmək üçün cümə günü Rusiyaya getməyi planlaşdırdığını bildirib, xarici media ABŞ prezidentinin çıxışı zamanı səhv etdiyini ehtimal edir

20:46, 11.08.2025

ABŞ prezidenti Donald Tramp cümə günü Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya gedəcəyini bildirib.

“Putini görəcəyəm. Cümə günü Rusiyaya gedirəm”, – Donald Tramp mətbuat konfransında qeyd edib.

Bundan əvvəl, ötən həftə Tramp Rusiya lideri Vladimir Putinlə avqustun 15-də Alyaskada görüşəcəyini bildirib.

Bundunla yanaşı, “BBC” yazır ki, Amerika Birləşmiş Ştatlarının prezidenti görüşün yeri ilə bağlı danışarkən ehtimal ki, səhv edib.

Oxşar