Donald Tramp – Putin NATO ərazisinə hücum etməyəcək
Ağ Evdə jurnalistlərlə söhbət zamanı, Rusiya Prezidenti Vladimir Putinin NATO ərazisinə hücum etməyəcəyinə dair öhdəlik götürüb-götürmədiyi barədə suala cavab olaraq ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti NATO ərazisinə hücum etmək niyyətində deyil.
“Mənim onunla yaxşı söhbətlərim olub və o, NATO ərazisinə hücum etməyəcək”, – deyə Tramp qeyd edib.
Jurnalist həmçinin Trampdan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Rusiyanı NATO ərazisinə hücum etməmək barədə xəbərdar edib-etmədiyini soruşub.
“Mən bu barədə şərh vermək istəmirəm, amma onlar hücum etməyəcəklər”, – Tramp bildirib.