Donald Tramp - Putin ağıllı adamdır, biz bir-birimizi yaxşı başa düşürük, görüşdə nəyəsə nail ola bilərik
Donald Tramp - Putin ağıllı adamdır, biz bir-birimizi yaxşı başa düşürük, görüşdə nəyəsə nail ola bilərik

ABŞ prezidenti düşünür ki, Vladimir Putinlə görüşdə nəyəsə nail olmaq olar, – bu barədə Donald Tramp “Air Force One” təyyarəsinin bortunda jurnalistlərlə söhbəti zamanı bildirib.

Onun dediyinə görə, Vladimir Putin ağıllı adamdır və onlar bir-birini yaxşı başa düşürlər.

“Mən müşahidə etdim ki, o, Rusiyadan çoxlu iş adamı gətirir, bu yaxşıdır. Mən bunu bəyənirəm, çünki onlar bizneslə məşğul olmaq istəyirlər, amma biz müharibəni dayandırmayana qədər bizneslə məşğul olmayacaqlar”, – Donald Tramp bildirib.

ABŞ prezidenti Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hücumlardan da danışıb.

“Putin səhnə qurmağa çalışır və onun fikrincə, bu, daha yaxşı sövdələşməyə kömək edəcək”, – Donald Tramp deyib.

Eyni zamanda Tramp qeyd edir ki, əslində belə hərəkətlər Putinə zərər verir və buna görə onunla danışmaq niyyətindədir.

Xatırladaq ki, Donald Tramp rusiyalı həmkarı ilə danışıqlar aparacağı Alyaskaya uçur. Trampdan başqa, bortda nümayəndə heyətinin üzvləri, həmçinin Ağ Evin mətbuat katibi Kerolayn Levitti və jurnalistlər də iştirak edir.