Donald Tramp – Prezidentliyimin birinci müddətində mənim iki işim var idi, ölkəni idarə etmək və onu xilas etmək, ikinci dəfə isə mən ölkəni və dünyanı idarə edirəm
ABŞ prezidenti Donald Tramp ölkəsini və dünyanı idarə etdiyini bəyan edir. O, bu barədə “The Atlantic” nəşrinə müsahibəsində bildirib.
Amerika prezidenti müsahibəsində onun iki prezidentlik müddətinin bir-birindən necə fərqləndiyi barədə danışıb.
“İlk dəfə iki işim var idi – ölkəni idarə etmək və onu xilas etmək. Ətrafımdakıların hamısı vicdansız idi. İkinci dəfə isə mən ölkəni və dünyanı idarə edirəm”, – Tramp qeyd edib.
Üçüncü müddətə namizədliyinə gəlincə, Tramp belə bir niyyətinin olmadığını deyir.
“Bu, mənim etməyi planlaşdırdığım bir şey deyil və düşünürəm ki, bu, çox çətin bir iş olardı”, – Tramp bildirib.