Donald Tramp Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsini nəzərdə tutan sərəncam imzalayıb

22:37, 27.08.2026

ABŞ Prezidenti Donald Tramp Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsini nəzərdə tutan sərəncam imzalayıb.

ABŞ Prezidentinin bəyanatına görə, ad dəyişikliyi dərhal qüvvəyə minəcək.

“Biz Ontario gölünün adını dəyişdiririk və bu gündən etibarən o, dərhal “Amerika gölü” adlanacaq. Bu dəyişiklik mən fərmanı imzaladığım andan, yəni elə indi qüvvəyə minir. Biz bütün lazımi müraciətləri, sənədləri və digər hər şeyi təqdim etmişik. Məlumatlandırılması zəruri olan bütün müvafiq şəxslərə xəbər vermişik. Müvafiq olaraq, lazım olan hər şeyi etdik. Bu, rəsmidir və dərhal qüvvəyə minir”, – Tramp bildirib.

Kanadanın Baş naziri Mark Karni hələlik məsələ ilə bağlı hər hansı bir bəyanat verməyib.

Donald Tramp bu qərarı iki ölkə arasında ticarət danışıqlarının ötən həftə uğursuzluqla nəticələnməsindən sonra verib.

Oxşar