Donald Tramp – Ölkəmizin bayraqları Papa Fransiskin şərəfinə yarıya endirilib, o yaxşı insan idi, dünyanı sevirdi və bunu etmək mənim üçün şərəfdir
ABŞ prezidenti Donald Tramp Papa Fransiskin “xatirəsini ehtiramla yad etmək üçün” bayraqların yarıya endirilməsini əmr edib. Sərəncam ABŞ-ın bütün hökumət binalarına, hərbi obyektinə və dəniz gəmisinə şamil edilir.
Donald Trampın verdiyi sərəncam həmçinin ABŞ səfirlikləri və konsulluq müəssisələrinə də şamil edilir.
Bayraqlar Papanın dəfn olunan günü, günəş batana qədər endirilmiş olacaq.
Bununla yanaşı, Donald Tramp Ağ Evdə keçirilən Pasxa tədbirində Papa Fransiskinin xatirəsini ehtiramla yad edib və onu “yaxşı insan” adlandırıb.
“Mən yaxın zamanda Papa Fransiskin şərəfinə ölkəmizin bayraqlarının yarıya endirilməsi haqqında sərəncam imzaladım. O, yaxşı insan idi, dünyanı sevirdi və bunu etmək mənim üçün şərəfdir”, – Tramp bildirib.
Roma Papası Fransisk 88 yaşında vəfat edib.
Kardinal Xorxe Mario Berqolio 2013-cü ilin martında Papa XVI Benediktin istefasından sonra katolik kilsəsinin lideri seçilib. O, ilk Latın amerikalı Cizvit papa və kilsə tarixindəki ən yaşlı papalardan biri idi.