Donald Tramp - Nobel mükafatı məni maraqlandırmır, məni insanların həyatını xilas etmək maraqlandırır, biz səkkiz müharibəni bitirmişik və ola bilsin ki, çox tezliklə doqquzuncu müharibəni də bitirək
Donald Tramp - Nobel mükafatı məni maraqlandırmır, məni insanların həyatını xilas etmək maraqlandırır, biz səkkiz müharibəni bitirmişik və ola bilsin ki, çox tezliklə doqquzuncu müharibəni də bitirək

ABŞ prezidenti Nobel mükafatı ilə maraqlanmadığını bildirir. Bu barədə Donald Tramp jurnalistlərlə söhbətində bildirib.

“Məni Nobel mükafatı maraqlığı etmir. İlk növbədə, çox yaxşı bir qadın qərar verdi ki, mən buna layiqəm və istəyirdi ki, mən Nobel mükafatı alım. Bunu qiymətləndirirəm, amma kimsə Norveçin Nobel mükafatına nəzarət etmədiyini düşünürsə, zarafat edir.Onların şurası var, amma o, Norveç tərəfindən idarə olunur və Norveçin nə deməsi mənim üçün əhəmiyyət kəsb etmir. Məni maraqlandıran şey həyatları xilas etməkdir və düşünürəm ki, on milyonlarla insanı xilas etmişəm. Hindistana, Pakistana, iki böyük nüvə gücünə və 30-35 ildir müharibə aparan digər ölkələrə baxsanız, bütün bunları həll etmişəm. Biz səkkiz müharibəni bitirmişik və ola bilsin ki, çox tezliklə doqquzuncu müharibəni də bitirək”, – Tramp deyib.

Məlumat üçün bildirək ki, Venesuela müxalifətinin lideri Maria Korina Maçado Ağ Evdə keçirilən görüş zamanı Donald Trampa Nobel mükafatını təqdim etdiyini bildirdi.