Donald Tramp – Minlərlə ukraynalı əsgər Rusiya hərbi qüvvələri tərəfindən mühasirəyə alınıb, onlar müdafiəsiz vəziyyətdədirlər, mən prezident Putindən onların həyatını bağışlamasını qətiyyətlə tələb etdim

18:52, 14.03.2025

ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazır ki, martın 13-də Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.

Trampın yazdığı kimi, “bu dəhşətli müharibənin nəhayət bitəcəyi” şansı çox yüksəkdir.

Bununla yanaşı, Donald Trampın yazdığı kimi, o, Vladimir Putindən ukraynalı əsgərlərin həyatını bağışlamasını qətiyyətlə tələb edib.

“Bizim dünən Rusiya prezidenti Vladimir Putinlə çox yaxşı, məhsuldar müzakirəmiz oldu və bu dəhşətli, qanlı müharibənin nəhayət başa çatması üçün çox yaxşı şans var, lakin hazırda minlərlə ukraynalı əsgər tamamilə Rusiya hərbi qüvvələri tərəfindən mühasirəyə alınıb, onlar çox pis, müdafiəsiz vəziyyətdədirlər. Mən prezident Putindən onların həyatını bağışlamasını qətiyyətlə tələb etdim. Bu, İkinci Dünya Müharibəsindən sonra görmədiyimiz dəhşətli bir qətliam olardı. Allah onların hamısını qorusun!!!”, – Tramp yazır.

Oxşar