Donald Tramp – Kim Çen İn ilə çox yaxşı, kifayət qədər dinc münasibətim var, o, ölkəmizə hörmətlə yanaşırdı

21:48, 15.05.2026

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İn ilə “çox yaxşı” münasibətlərinin olduğunu bildirib.

“Bilirsiniz, mənim Kim Çen İn ilə çox yaxşı münasibətim var, olduqca sakit”, – Tramp Çindən qayıdarkən Air Force One təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.

Onunla hər hansı əlaqəsinin olub-olmaması ilə bağlı suala Tramp “Bəli” cavabını verib.

Bununla yanaşı, Trampa onunla Kim Çen İnin neçə dəfə danışdığı barədə sual verilib, Tramp isə cavabında: „Fərqi yoxdur, bunu sizə deməyəcəyəm“,— deyə bildirib.

“O, ölkəmizə qarşı hörmətlə yanaşırdı. Mən də istəyirəm ki, hörmət ifadə etsin”, – deyə Donald Tramp bildirib.

Tramp həmçinin jurnalistlərə Pekinə səfəri zamanı Çin prezidenti Si Dzinpinlə Şimali Koreya məsələsini müzakirə etdiyini bildirib.

Oxşar