Donald Tramp – Mən Putinlə danışıram, onu çox yaxşı tanıyıram, o, NATO ərazisinə hücum etmək fikrində deyil
ABŞ Prezidenti Donald Tramp bildirir ki, Almaniyanın hava limanına dron hücumlarından sonra Rusiyaya qarşı səsləndirdiyi ittihamlara baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin NATO-ya hücum etmək niyyətində deyil.
Ağ Evdə media ilə görüş zamanı “France-Presse” (AFP) agentliyinin nümayəndəsi ABŞ prezidentinə məhz sözügedən məsələ ilə bağlı sual ünvanlayıb. Tramp qeyd edib ki, o, Putinlə danışır və onu yaxşı tanıyır.
“Mən onunla danışmışam. Mən onu çox yaxşı tanıyıram. Putin NATO ərazisinə hücum etmək niyyətində deyil”, – deyə Donald Tramp bildirib.
Onun sözlərinə görə, xüsusi nümayəndələr Cared Kuşner və Stiv Uitkoff “müharibəni bitirmək üçün təklif” aparmaq məqsədilə Moskvaya gedirlər.