Donald Tramp - Luiziana ştatının mükəmməl qubernatoru ilə birlikdə lazımi müalicə ala bilməyən xəstə insanlara kömək etmək üçün Qrenlandiyaya tibbi gəmi göndərəcəyik, gəmi artıq yoldadır
Donald Tramp - Luiziana ştatının mükəmməl qubernatoru ilə birlikdə lazımi müalicə ala bilməyən xəstə insanlara kömək etmək üçün Qrenlandiyaya tibbi gəmi göndərəcəyik, gəmi artıq yoldadır

ABŞ prezidenti sosial şəbəkədə yazıb ki, Luiziana qubernatoru Ceff Lendri ilə əməkdaşlıq edərək Qrenlandiyaya tibbi gəmi göndərəcək. Truth Social-da dərc edilmiş paylaşıma süni intellektlə hazırlanmış şəkil də əlavə olunub.

“Luiziana ştatının mükəmməl qubernatoru Ceff Lendri ilə birlikdə lazımi müalicə ala bilməyən xəstə insanlara kömək etmək üçün Qrenlandiyaya böyük tibbi gəmi göndərəcəyik. Gəmi artıq yoldadır”, – Tramp yazıb.

Trampın paylaşımı daha sonra Ağ Ev tərəfindən paylaşılıb.

Xatırladaq ki, Ceff Lendri həmçinin Trampın Qrenlandiya məsələləri üzrə xüsusi nümayəndəsidir. O, ötən ilin dekabr ayından bəri bu vəzifəni tutur.