Donald Tramp - Çar Çarlz və Kraliça Kamillanın ABŞ-a planlaşdırılan dövlət səfəri Böyük Britaniya ilə ABŞ arasında münasibətlərin bərpasına kömək edə bilər
Kral Çarlz və Kraliça Kamillanın ABŞ-a planlaşdırılan dövlət səfəri Böyük Britaniya ilə ABŞ arasında münasibətlərin bərpasına kömək edə bilər, – bu barədə ABŞ Prezidenti Donald Tramp “BBC”yə verdiyi müsahibədə bildirib.
Ağ Evin liderinin sözlərinə görə, Birləşmiş Krallığın monarxının “fantastik bir insan” olduğunu və onu yaxşı tanıdığını bildirib.
“Mütləq. O, fantastikdir. O, fantastik insandır. Mən onu yaxşı tanıyıram. İllərdir tanıyıram. O, cəsur və möhtəşəm insandır. Onların səfəri tamamilə müsbət olacaq”, – Tramp bildirib.
Müsahibədə prezident həmçinin Böyük Britaniyanın baş naziri Kir Starmerlə münasibətlərdən danışıb və onun sözlərinə görə, bu münasibətlər yalnız Starmer öz kursunu dəyişdiyi təqdirdə yaxşılaşa bilər.
Məlumat üçün bildirək ki, Birləşmiş Krallığın monarxının və onun həyat yoldaşının ABŞ-yə 4 günlük səfəri gələn həftə, bazar ertəsi başlayacaq. Donald Tramp onları Ağ Evdə qəbul edəcək.
Bununla yanaşı, çar Çarlz ABŞ Konqresində çıxış edəcək. Kral cütlüyünün ABŞ-yə səfəri ölkənin müstəqillik əldə etməsinin 250-ci ildönümünün qeyd olunması ilə əlaqələndirilir.