Donald Tramp Knessetdə çıxışı zamanı bildirib ki, İsrail və “HƏMAS” arasında sülh sazişi qüvvəyə mindikdən sonra diqqəti Rusiyaya yönəltmək lazımdır
ABŞ prezidenti Donald Tramp Knessetdə çıxışı zamanı İsrail və “HƏMAS” arasında sülh sazişinin qüvvəyə minməsindən sonra diqqəti Rusiyaya yönəltmək istədiyini bildirib.
İsrail parlamentində çıxışı zamanı ABŞ prezidenti İranla nüvə razılaşması əldə etmək istədiyini, lakin o, ilk növbədə Rusiyaya diqqət yetirməli olduqlarını deyib.
“Biz bunu həll etməliyik. Əgər qarşı deyilsənsə, Stiv Uitkof, gəlin əvvəlcə Rusiyaya diqqət yetirək. Biz bunu həll edəcəyik”, – Donald Tramp İsrail qanunverici orqanında çıxışı zamanı qeyd edib.