Donald Tramp – Kanadalı siyasətçilər, o cümlədən Baş nazir Karni üçün, iqtisadiyyatları çökənə qədər Prezident Donald Trampı “düşmən” elan etmək çox yaxşıdır

21:52, 03.09.2026

ABŞ prezidenti Donald Tramp kanadalı siyasətçilər və ölkənin baş naziri Mark Karni haqqında sosial şəbəkədə bəyanat yayıb.

Donald Trampın bildirdiyinə görə, kanadalı siyasətçilər, o cümlədən Mark Karni, ABŞ prezidentini “düşmən” kimi təqdim etməklə hazırda siyasi fayda görə bilərlər, lakin Kanada iqtisadiyyatının çökməsi halında bu, onlar üçün ağır siyasi nəticələrə yol açacaq.

“Kanadalı siyasətçilər, o cümlədən Baş nazir Karni üçün, iqtisadiyyatları çökənə qədər Prezident Donald Trampı “düşmən” elan etmək çox yaxşıdır. Bundan sonra bu, siyasət üçün çox pis olacaq – bir kanadalı siyasətçinin başına gələ biləcək hər şeydən daha pis. Sadəcə gözləyin”, – Tramp yazır.

Oxşar