Donald Tramp - Kanada ilə bütün ticarət danışıqlarını dayandırırıq, yeddi gün ərzində Kanadaya ABŞ-la biznes fəaliyyəti üçün ödəməli olduqları tarif barədə məlumat verəcəyik
ABŞ prezidenti Donald Tramp Kanada ilə ticarət danışıqlarını dayandırdığını bildirib. Tramp bu barədə “Truth Social”da yazıb.
Trampın yazdığı kimi, buna səbəb Kanadanın Amerika texnologiya şirkətlərinə rəqəmsal xidmətlər vergisi tətbiq etməsidir. ABŞ prezidenti Kanadanın bu qərarını heyrətamiz adlandırır.
“Bu, ölkəmizə qarşı birbaşa və hədsiz hücumdur. Aydındır ki, onlar da eyni şeyi edən və hazırda bizimlə danışıqlar aparan Avropa İttifaqından nümunə götürürlər. Biz bununla Kanada ilə bütün ticarət danışıqlarını dərhal dayandırırıq. Yaxın yeddi gün ərzində Kanadaya ABŞ-la biznes fəaliyyəti üçün ödəməli olduqları tarif barədə məlumat verəcəyik”, – Tramp sosial mediada yazıb.