ABŞ prezidenti Donald Tramp ABŞ-ın Kanada ilə bütün ticarət danışıqlarını dayandırdığını bildirir.
Trampın dediyinə görə, Kanada ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın tariflər haqqında mənfi danışdığı bir reklam yayımlayıb və məhz bu səbəbdən o, ölkə ilə ticarət danışıqlarını dayandırır.
“Kanada Ronald Reyqanın tariflər haqqında mənfi danışdığı saxta reklamdan fırıldaqçılıqla istifadə edib. Onlar bunu yalnız ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarlarına müdaxilə etmək məqsədilə ediblər. Tariflər ABŞ-ın milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox vacibdir. Onların qəzəbləndirici hərəkətləri səbəbindən Kanada ilə bütün ticarət danışıqları dayandırıldı”, – Tramp sosial şəbəkədə yazır.